17 İyul 2024 18:51
Bu il iyulun 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 69 milyard 738,2 milyon ABŞ dolları təşkil edib.
Metbuat.az xəbər verir ki, bunun 83,2 %-i və yaxud 58 milyard 000,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16,8 %-i və yaxud 11 milyard 737,6 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin II rübündə ölkənin valyuta ehtiyatları 711 milyon ABŞ dolları və yaxud 1 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 627,8 milyon ABŞ dolları və yaxud 1,1 %, AMB-nin valyuta ehtiyatlarında isə 83,2 milyon ABŞ dolları və yaxud 0,7 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 5 milyard 627,2 milyon ABŞ dolları və yaxud 8,8 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 3 milyard 85,5 milyon ABŞ dolları və yaxud 5,6 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 541,7 milyon ABŞ dolları və yaxud 27,6 % artım nümayiş etdirib.