METBUAT.AZ

İdman

Azərbaycan UEFA reytinqində irəlilədi

26 İyul 2024 10:21

Azərbaycan klubları Konfrans Liqası II təsnifat mərhələsinin ilk oyunlarına çıxıblar.

Metbuat.az xəbər verir ki, "Zirə" və "Sabah"ın qələbə qazandığı gündə "Sumqayıt" meydanı məğlubiyyətlə tərk edib.

Qeydə alınmış nəticələr Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib. Belə ki, qazanılan reytinq xallarının sayəsində ölkəmiz bir pillə irəliləyib və Slovakiyanı geridə qoyub. Aktivində 17,750 xal olan Azərbaycan 24-cü pillədə qərarlaşıb.


metbuat.az.