METBUAT.AZ

Sosial

Azərbaycanda 16 min 280 nəfəri heyvan dişləyib

3 İyul 2024 15:26

Bu il yanvar-may ayları ərzində Azərbaycanda 16 280 nəfəri heyvan dişləyib.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifəsini icra edən Aytəkin Qurbanova deyib.

Onun sözlərinə görə, həmin müddətdə qeydə alınan heyvan dişləmələrindən 8924-ü məlum, 7356-sı isə naməlum heyvan tərəfindən olub: “Ümumi rəqəmdən Bakının payına düşən say 3731 nəfər təşkil edib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 88 hadisə az olub”.

Mərkəz rəsmisi bildirib ki, bu il ölkə üzrə heç bir quduzluq hadisəsi qeydə alınmayıb: “Ötən il isə cəmi iki belə hadisə olub”.


metbuat.az.