METBUAT.AZ

Ölkə

Azərbaycanda eləcə də dünyada Aşurə mərasimini qeyd edirlər -

16 İyul 2024 12:55

“Qan verdim. Özümü çox yaxşı hiss edirəm”.

Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev Metbuat.az-a müsahibəsində deyib.

“Azərbaycanda eləcə də dünyada Aşurə mərasimini qeyd edirlər. Aşurə mərasimi İmam Hüseynin şəhadəti ilə bağlıdır. Hər il olduğu kimi qanvermə aksiyası bu il də keçirilir”

Müsahibimiz deyir ki, bu çox gözəl haldır:

"Çünki insanlar aşurə günündə qan çıxarmaq üçün başlarını yarırdılar. Bütün dünyada qəbul olunmayan digər xoşagəlməz hallar ilə üzləşirdik. Amma qanvermə aksiyası ilə bunun qarşısı alındı. İslamın gözəlliyini biz yardımlaşma ilə ehtiyyacı olan bəzi xəstələrə qanverməklə savab qazanmış oluruq”.


metbuat.az.