23 İyul 2024 11:44
Azərbaycanın bank sektoru bu ilin I yarısında 614 milyon manat xalis mənfəət əldə edib.
Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % çoxdur.
6 ay ərzində bankların əməliyyat gəlirləri 2 milyard 762,7 milyon manat (1 il əvvələ nisbətən 21,9% çox), əməliyyat xərcləri 1 milyard 855,6 milyon manat (26,6 % çox), xüsusi ehtiyatlara ayırmaları 171,3 milyon manat (59,2 % çox), gözlənilməz gəlirləri 2,4 milyon manat (2,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 124,1 milyon manat (5,5 % az) təşkil edib.