METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanın bu il ixrac etdiyi neft və qazın həcmi açıqlandı

11 İyul 2024 10:02

Bu ilin I yarısında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 14,4 mln. ton, ixraca nəql edilən həcmlər isə 11,9 mln. ton olub.

Metbuat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Məlumata görə, bu dövrdə ötən ilin I yarımili ilə müqayisədə 4,3% artımla hasil edilmiş 25,1 mlrd. kubmetr qazın 12,7 mlrd. Kubmetri ixrac olunub.


metbuat.az.