METBUAT.AZ

İdman

Azərbaycanın kişi badmintonçusu qələbə qazandı -

29 İyul 2024 23:10

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Metbuat.az-ın məlumatına görə, idmançımız E qrupunun ilk matçında avstriyalı Kollins Filimonla qarşılaşıb. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 2:0, (21:18, 21:11).

Qeyd edək ki, E qrupunun qalibi birbaşa 1/4 finala yüksələcək.


metbuat.az.