METBUAT.AZ

Ölkə

​Azərbaycanın məşhur aktrisası dinini dəyişdi -

24 İyul 2024 22:17

Azərbaycanın məşhur kino aktrisası Leyla Şıxlinskaya İslamı qəbul edib.

Metbuat.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə tanınmış həkim Aydın Talışinski sosial media hesabında məlumat yayıb.

Belə məlum olub ki, Xalq artisti bu günə kimi müsəlman deyil, başqa dinin daşıyıcısı olub.

"15 il əvvəl onun klinikasında işləyirdim. İndi pasiyent kimi qəbuluma gəlib. Məşhur Xalq artistimiz Leyla Şıxlinskaya çox gənc qalıb. Keçmişi təəssüratlarla yad etdik. Həm də müsəlman olub. Allah qəbul eləsin", - deyə A.Talışinski bildirib.

Aydın Talışinskinin paylaşdığı mesajı və fotonu təqdim edirik. / Musavat.com


metbuat.az.