METBUAT.AZ

İdman

Azərbaycanın Paris-2024-dəki bayraqdarları bəlli oldu

17 İyul 2024 20:47

Azərbaycanın Paris-2024-dəki bayraqdarları bəlli olub.

Metbuat.az xəbər verir ki, bu vəzifəni cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 48 idmançı 15 idman növü üzrə 17 proqramda Azərbaycanı təmsil edəcək.


metbuat.az.