METBUAT.AZ

İqtisadiyyat

Azərbaycanın tranzit gəlirləri buna görə azalıb

5 İyul 2024 16:53

2023-cü ildə neft və təbii qazın Azərbaycan ərazisi ilə nəqlindən əldə edilən gəlirlər (tranzit haqqı) 0,9 milyon manat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilib.

Sənədə əsasən, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (15,3 milyon manat) nisbətən 14,4 milyon manat və yaxud 94,5 % az icra olunub.

Neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər üzrə daxil olan məbləğin kəskin azalmasının səbəbi Ukraynadakı vəziyyət və Qara dənizdə daşınmalarla əlaqədar yaranmış məhdudiyyətlər nəticəsində Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) üzrə daşınmaların dayandırılması olub.


metbuat.az.