METBUAT.AZ

Dünya

Azərbaycanlı gənc "Harvard"ı fərqlənmə ilə bitirdi

23 İyul 2024 03:15

Azərbaycanlı gənc Məmməd Həsənov dünyanın ən məşhur və ən reytinqli universiteti olan, Amerika Birləşmiş Ştatlarında yerləşən Harvard Universitetininin tərkibində fəaliyyət göstərən "Harvard Extension School"un Maliyyə ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirərək "Harold V.Lanqlua" mükafatına və pul mükafatına layiq görülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Baku tv məlumat paylaşıb.

Qeyd edək ki, bu mükafat hər il universitetin maliyyə və idarəetmə ixtisasları üzrə 4.0 GPA əldə edərək müstəsna akademik nailiyyətlər əldə etmiş və perspektivli menecer kimi gələcək vəd edən məzunlarından yalnız birinə verilir.

Məlumat üçün bildirək, 1997-ci il təvəllüdlü Məmməd Həsənov bakalavr təhsilini İngiltərədə "King`s College London"da alıb və buranı da ən fəal tələbə kimi fərqlənmə ilə bitirib.


metbuat.az.