METBUAT.AZ

İdman

Azərbaycanlı idmançı Paris-2024-də bürünc medal qazandı

29 İyul 2024 21:25

Moldovanı təmsil edən azərbaycanlı cüdoçu Adil Osmanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Metbuat.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan tatami ustası üçüncü yer uğrunda görüşdə Manuel Lombardo (İtaliya) ilə qarşılaşıb.

Rəqibini ipponla məğlub edən Osmanov bürünc mükafata sahib çıxıb.


metbuat.az.