METBUAT.AZ

Ölkə

“Azərsun Holdinq” makaronla bağlı iddialara cavab verdi

26 İyul 2024 22:49

“Azərsun Holdinq” “Saville” makaronunun qablaşdırmasında siçanların olması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirib.

Şirkətdən Metbuat.az-a bildirilib ki, makaron məhsulları çoxmərhələli yoxlamalardan keçərək insan əli dəymədən havasız paketlərə qablaşdırılıb.

“Bunu nəzərə alaraq belə bir hadisənin baş verməsinin qeyri-mümkün olduğunu əminliklə söyləmək olar. Bəzi media orqanlarının bu saxta məlumatın yayılmasında rol oynayaraq insanları çaşdırmasından təəssüfümüzü bildiririk. Məsələ ilə bağlı zəruri dəlillər toplanılaraq hüquq-mühafizə orqanlarına müraciət ediləcək” - şirkətin açıqlamasında bildirilir.


metbuat.az.