METBUAT.AZ

Ölkə

AzTV-dən ayrılıb, kanala rəhbər keçir

31 İyul 2024 15:47

AZTV-nin sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib.

Metbuat.az bildirir ki, AZTV-nin mətbuat katibi Rüfət Seyidov faktı Konkret.az-a təsdiqləyib. O bildirib ki, Rüfət Həmzəyev artıq AZTV-də çalışmır. Əldə etdiyimiz məlumata görə, Rüfət Həmzəyev ingilis dilli telekanala rəhbər təyin edilib.

Artıq Rüfət Həmzəyevin adı AZTV-nin saytında sədr müavini vəzifəsini bildirən məlumat hissəsindən çıxarılıb.


metbuat.az.