METBUAT.AZ

Hadisə

Azyaşlı övladını öldürdü, digərini yaraladı -

23 İyul 2024 08:53

Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. 1974-cü il təvəllüdlü Eyyubov Rza əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Ə. Eyyubova çoxsaylı bıçaq xəsarəti vurub.

Ata daha sonra 4 yaşlı oğlu T. Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Ə. Əyyubov hadisə yerində ölüb.

Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı T. Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Həkimlər onu cərrahi əməliyyat edib. Hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Məsələ ilə bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.


metbuat.az.