METBUAT.AZ

Hadisə

Babasıgilə gedən azyaşlı faciəvi şəkildə öldü -

26 İyul 2024 09:19

Sabirabadda babasıgilə qonaq gedən azyaşlı su kanalına düşərək boğulub.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Zalqarağac kəndində baş verib. Rayonun Bala Həşimxanlı kənd sakini 4 yaşlı Yusif Pənciyev valideynləri ilə birlikdə babasıgilə qonaq gedib. Valideynlərinin gözündən yayınan Yusif həytədəki su kanalına düşərək boğulub. Bir müddət azyaşlını axtaran valideynləri onun ayaqqabılarını kanalda tapıblar və orada boğulduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.