2 İyul 2024 17:49
Ötən ay "Bakı Metropoliteni" QSC 18 milyon 105 min 185, o cümlədən 518 min 603 güzəştli sərnişin daşıyıb.
Bu barədə Metbuat.az-a QSC-dən bildirilib.
Məlumata əsasən, bu, cari ilin may ayı ilə müqayisədə müvafiq olaraq 14% və 5% az, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 15% çoxdur.
Hesabat dövründə orta statistik hesabla gün ərzində metropolitenə 603 min 506 sərnişin daxil olub. Milli bayramlar və istirahət günləri də daxil olmaqla ay ərzində 13 qeyri-iş günü olub. Bayram və istrahət günlərində 6 milyon 2 min 884, qalan 17 iş günündə isə 12 milyon 102 min 301 sərnişinə daşıma xidməti göstərilib. Orta statistik hesabla metropoliten hər iş günündə 711 min 900, hər qeyri-iş günündə 461 min 760 sərnişin daşıyıb. Ən çox sərnişin daşınan gün iyun ayının 14-ü olub (737 min 749). Ayın 16-da isə ən az sərnişin daşınıb (365 min 897).
Ötən ay metropoliten tarixində ən rekord sayda sərnişin daşınmış 2019-cu ilin bir aylıq göstəricisindən daha çox sərnişin daşınıb. Cari ilin iyun ayında 2019-cu ilin həmin dövrünə nəzərən, 0,3 % çox sərnişin bu nəqliyyat növünün xidmətindən istifadə edib.