METBUAT.AZ

Hadisə

Bakı-Şamaxı-Yevlax yolunda sürüşmə -

3 İyul 2024 12:53

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sürüşmə zonalarından keçən avtomobil yollarında bir-sıra problemlərə səbəb olub.

Metbuat.az bildirir ki, bu barədə AAYDA məlumat yayıb.

Belə ki, intensiv yağıntılar nəticəsində M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən 75.2-cü kilometrlik hissəsində (sağ tərəf) sürüşmə baş verib. Nəticədə yolun sağ çiyin hissəsi 150 metr uzunluğunda və torpaq yamacı 40 metr enində olmaqla sıradan çıxıb. Bundan başqa, yolun sol hərəkət istiqamətində torpaq yatağı yamacının hərəkət hissəsinə doğru sürüşdüyü müəyyən edilib. Sürüşən hissənin uzunluğu 240, eni yamac boyunca 50 metr təşkil edir. Yolun hərəkət hissəsinin hər iki istiqamətində çatlar və çökmələr əmələ gəldiyi və hazırda sürüşmə prosesinin inkişaf fazasında olduğu da qeydə alınıb.

Qeyd edək ki, hazırda sürüşmə nəticəsində yol təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Sözügedən hissədə baş verən sürüşmənin və müəyyən edilən sürüşmə nöqtələrinin yarada biləcəyi fəsadların qarşısının alınması və avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bərpa işləri aparılır, qabaqlayıcı tədbirlər görülür.



metbuat.az.