METBUAT.AZ

Hadisə

Bakıda avtobuslar toqquşdu, iki qadın xəsarət aldı

30 İyul 2024 17:04

Bakıda “Ulduz” stansiyasının yaxınlığında 36 və 38 saylı marşrut avtobuslarının toqquşub. Hadisə nəticəsində 2 qadın xəsarət alıb.

Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 15:00 radələrində Nərimanov rayonu ərazisindən 2 avtobusun toqquşması səbəbilə çağırış daxil olub:

"Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 2 nəfər şəxs (qadın cinsli) müştərək travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.