METBUAT.AZ

Ölkə

Bakıda bu yolda sürət həddi endirildi

28 İyul 2024 22:53

Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Metbuat.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

"Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda bütün məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub", – məlumatda diqqətə çatdırılıb.


metbuat.az.