METBUAT.AZ

Hadisə

Bakıda yaşayış binasındakı yanğında 60 nəfər təxliyə edilib

9 İyul 2024 08:33

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən Metbuat.az-a bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində onsəkkizmərtəbəli yaşayış binasının şaxtası boyunca 57p.m elektrik kabeli, 18 ədəd elektrik sayğacı, 18 ədəd elektrik açarı və mərtəbələrdə şaxtaların plastikdən ibarət qapıları yanıb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 24-ü uşaq olmaqla 60 nəfər bina sakini təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

02:24

Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

01:53

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Bu barədə FHN-dən bildirilib.

Məlumatla əlaqədar nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.


metbuat.az.