METBUAT.AZ

Ölkə

Bakıdakı festival üçün avtobuslar ayrıldı

22 İyul 2024 16:50

23-28 iyul tarixlərində Bakıda keçiriləcək “Dream Fest 2024” Beynəlxalq Musiqi Festivalının iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobuslar ayrılıb.

AYNA-dan Metbuat.az-a verilən məlumata görə, ziyarətçilərin həmin tarixlərdə hər gün saat 16:00-dan 20:00-a qədər “Koroğlu” metrostansiyasının cənub çıxışındakı Nəqliyyat Mübadilə Məntəqəsindən (Piramidanın arxası) “Sea Breeze”ə, saat 22:30-dan 02:30-dək isə Alov parkı (Koroğlu m/st şimal çıxışı) – Nərimanov parkı – Səməd Vurğun parkı marşrutu üzrə geri daşınması təmin ediləcək.

Qeyd edək ki, ziyarətçilər Koroğlu Nəqliyyat Mübadilə Məntəqəsində yerləşən 500-dən çox parklanma yerində nəqliyyat vasitələrini saxlayaraq yollarına avtobusla davam edə biləcəklər.


metbuat.az.