METBUAT.AZ

Ölkə

Bakının 2 rayonunda qaz olmayacaq

11 İyul 2024 09:41

“Yeni Suraxanı” QPS-də istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması və Nizami rayonu, Qara Qarayev prospekti 114 ünvanında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 11.07.2024-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan Metbuat.az-a verilən məlumata görə, təmir işləri aparılan müddətdə Suraxanı (Bülbülə və Yeni Suraxanı qəsəbələrinin) və Nizami rayonunun (Qara Qarayev prospektinin bir hissəsi və Bəhruz Nuriyev küçəsi) bir hissəsinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.


metbuat.az.