METBUAT.AZ

İdman

"Barselona" azarkeşləri Flikin istədiyi futbolçunun alınması üçün pul toplayır

22 İyul 2024 11:43

"Barselona" azarkeşləri Niko Uilyamsın transferi üçün kluba sosial şəbəkələrdə maddi dəstək verirlər.

Metbuat.az xəbər verir ki, Avro-2024-də İngiltərəyə qalib gələn və çempion olan İspaniyada Lamine Yamal və Niko Uilyamsın bir-birilə anlaşması diqqət çəkib. Məlumata görə, "Barselona" azarkeşləri turnirdən sonra hərəkətə keçib. Azarkeşlər futbolçunun transferi üçün klubun Tiktok hesabına pul köçürməyə başlayıblar. “Sport”un məlumatına görə, “Atletik”də çıxış edən Niko Uilyamsın sərbəst qalma məbləği 58 milyon avrodur. "Barselona" futbolçu ilə prinsipial razılığa gəlib, lakin klub üçün maliyyə maneələri var.

Kataloniya nəhəngi ulduz futbolçunu heyətinə qatmaq üçün maliyyə problemlərini həll etməlidir. Bildirilir ki, bu səbəbdən klub bəzi ulduz futbolçuları göndərmək istəyir.


metbuat.az.