METBUAT.AZ

İdman

"Barselona"nın intiqam hissi soyumayıb -

8 İyul 2024 11:43

"Barselona" "Real Madrid"dən Arda Güler transferinin qisasını almaq istəyir.

Metbuat.az xəbər verir ki, "Barselona" “Real”ın gündəmində olan Florian Virtsi transfer etmək üçün hərəkətə keçib. Bildirilir ki, “Real” heyətdəki rəqabəti nəzərə alaraq Florian Virtsi növbəti transfer vaxtında almaq istəyirdi. “Defensa Central”ın məlumatına görə, “Barselona” daha tez hərəkət edərək, transferi yekunlaşdırmaq istəyir. “Bayer Leverkuzen”in futbolçu üçün böyük məbləğ tələb etdiyi deyilir. İddialara görə, “Barselona” futbolçu üçün böyük məbləğ xərcləməyə razıdır.

“Transfermarkt”ın məlumatına görə, ötən mövsüm “Bayer Leverkuzen” ilə Almaniya Bundesliqa çempionluğunu qazanan Florian Virtzin transfer dəyəri 130 milyon avrodur. “Bayer Leverkuzen” bu rəqəmdən artığını istəyəcəyi deyilir.


metbuat.az.