METBUAT.AZ

İdman

“Barselona” pulsuz aldığı futbolçudan sərvət qazana bilər

24 İyul 2024 14:12

Qətərin “Əl-Sadd” klubu "Barselona"da çıxış edən 33 yaşlı yarımmüdafiəçi İlkay Gündoğanı heyətinə qatmaq istəyir.

Metbuat.az xəbər verir ki, Qətər komandası Gündoğan üçün rəsmi təklif göndərib. İspaniya mediasının məlumatına görə, İlkay Gündoğan təklifi rədd etməyib və nəzərdən keçirir. Xəbərdə Gündoğanın “Əl-Sədd”dən 3 illik təklif aldığı deyilir. Məlumata görə, Gündoğan AVRO-2024 ilə əlaqədar hələ də baş məşqçi Hansi Fliklə məşq etməyib. Alman məşqçi “Barselona”nın yarımmüdafiə xəttində zədə problemi olduğu üçün Gündoğanın dönüşünü gözləyir. İlkay Gündoğanın “Barselona” ilə müqaviləsi 2025-ci ildə başa çatır. Futbolçunun yaşının çox olması səbəbindən "Barselona" ona yeni müqavilə təklif etmək istəmir.

Ötən mövsüm "Barselona"ya pulsuz transfer olunan Gündoğan 51 matçda 5 qol vurub, 14 məhsuldar ötürmə edib.


metbuat.az.