METBUAT.AZ

Ölkə

Batdıqları ehtimal olunan iki nəfərin axtarışları davam etdirilir

14 İyul 2024 12:09

"İyunun 2-də Kür çayının Tovuz rayonunun Hunanlar kəndi ərazisindən keçən hissəsində avtomobildə çaya düşərək batdıqları ehtimal olunan digər 2 nəfərin - 1988-ci il təvəllüdlü Elxan Sakit oğlu Sadıqov və 1989-cu il təvəllüdlü Tural Hüseyn oğlu Quliyevin axtarışları Fövqəladə Hallar Nazirliyi tərəfindən intensiv şəkildə davam etdirilir".

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir.

"Hazırda axtarışlara FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri, həmçinin SOCAR-ın Geofizika və geologiya idarəsinin xüsusi texniki vasitələri cəlb olunub", - deyə qeyd edilib.



metbuat.az.