25 İyul 2024 08:25
Almaniyanın "Bavariya" klubu yeni baş məşqçi Vinsent Kompaninin rəhbərliyi altında keçirdiyi ilk yoxlama matçında 14 qol vurub.
Metbuat.az xəbər verir ki, Münhen təmsilçisi həvəskar komanda “Rottax-Egern”lə qarşılaşıb. Matç "Bavariya"nın 14:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda bu qollardan 7-ni ilk hissədə rəqib qapısından keçirib.