10 İyul 2024 09:01
Bu gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov, Ermənistan XİN naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken arasında üçtərəfli görüş keçiriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları NATO-nun Vaşinqtonda keçirilən sammitində iştirak etmək üçün ABŞ-də səfərdədir.