METBUAT.AZ

Hadisə

Beyləqanda silahlı insident -

18 İyul 2024 09:31

Beyləqan rayonunda silahlı insident olub.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Məşədi Əzizbəyov küçəsində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Samir Axundov münaqişə zəminində tanışı, 1981-ci il təvəllüdlü Yusif Cuvarlını güllələyib.

Yaralı xəstəxanaya yerləşdirilib. Samir Axundov polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.


metbuat.az.