METBUAT.AZ

Siyasət

Bəzi DSK-ların tərkibi dəyişdi

24 İyul 2024 16:28

Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

Metbuat.az xəbər verir ki, bu məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, 5 saylı Babək-Naxçıvan-Culfa və 68 saylı Sabirabad-Şirvan seçki dairələrinin komissiyalarının tərkibində dəyişiklik qərara alınıb.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.


metbuat.az.