18 İyul 2024 14:28
Birinci Qarabağ müharibəsində həlak olmuş daha bir şəhidin nəşinin qalıqları doğulub boya-başa çatdığı evə gətirilib.
Metbuat.az bildirir ki, 1994-cü ildə Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində gedən döyüşlər zamanı həlak olmuş, şəhid Zahid Baxış oğlu Nağıyevin cənazəsi 30 il sonra rayonun Evoğlu kənd qəbiristanlığında dəfn ediləcək.
İlk olaraq şəhid Z.Nağıyevin nəşinin qalıqları onun qardaşı evinə gətirilərək, vida mərasimi keçirilir. Şəhidin vida mərasimində onun doğmaları, kənd sakinləri, müharibə iştirakçıları və yerli ictimaiyyət nümayəndələri iştirak edir.
Qeyd edək ki, Zahid Nağıyev Ağdam rayon Xındırıstan kənd qəbiristanlığında naməlum əsgər kimi dəfn olunubmuş. Şəhid Evoğlu Qaradağlı kənd qəbiristanlığında torpağa tapşırılacaq.