METBUAT.AZ

İqtisadiyyat

“Brent” nefti ucuzlaşdı

30 İyul 2024 09:59

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,4% azalaraq 1 barelə görə 78,73 ABŞ dolları təşkil edib.

Metbuat.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,42% azalaraq 1 barelə görə 75,49 ABŞ dolları təşkil edib.


metbuat.az.