METBUAT.AZ

Elm və Təhsil

Bu bölgədə ilk dəfə MİQ imtahanları keçiriləcək

1 İyul 2024 15:12

Naxçıvanda ilk dəfə müəllimlərin işə qəbul müsabiqəsi keçiriləcək.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, iyulun 2-də Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbul müsabiqəsi keçiriləcək. İmtahan saat 10:00-da Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Qeyd edək ki, imtahanlar 10 iyula kimi davam edəcək.


metbuat.az.