METBUAT.AZ

Ölkə

Bu ərazidə dayananlar da cərimələnəcək

24 İyul 2024 17:26

Enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində qanunsuz dayanan avtomobillər cərimələnəcək.

Metbuat.az verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Məcəlləyə əsasən, enerji doldurulması üçün müəyyən edilmiş parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla nəqliyyat vasitələrinin parklanmasına görə iyirmi manat məbləğində cərimə ediləcək.


metbuat.az.