METBUAT.AZ

Ölkə

Bu ərazilərdə qaz kəsiləcək

26 İyul 2024 08:43

Bu gün Mingəçevir şəhərinin bəzi hissələrində qazın verilməsi bir müddətlik dayandırılacaq.

Metbuat.az bildirir ki, saat 10:00-dan orta təzyiqli daşıyıcı qaz kəmərlərinin kipliyə sınanması məqsədilə şəhərin Təbriz, Z.Həsənova, Babək, Koroğlu, Y.Muradov və Niyazi küçələrində təbii qazın verilişində fasilə olacaq.

Qeyd edək ki, qazın verilişi görülən işlər başa çatdıqdan sonra bərpa olunacaq.


metbuat.az.