1 İyul 2024 20:18
Sabah Bakının Nərimanov, Nəsimi, Səbail və Suraxanı rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Metbuat.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonunun Xəlil Rza Ulutürk küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, Nəsimi rayonunun Azadlıq prospektində COP-29 proqramına əsasən yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması, Səbail rayonunun Badamdar qəsəbəsi, C.Hasilov küçəsi 10 ünvanında və Suraxanı rayonunda istismara yararsız siyirtmələrin yenisi ilə əvəz olunması məqsədi ilə iyulun 2-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır .
Təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov rayonunun (Böyük-Şor küçəsi, LO-38/10 məhəllə, Heydər Əliyev prospekti), Nəsimi rayonunun (Azadlıq prospekti və M.Qaşqay, F.Qasımov, S.Əsgərov, Ş.Əzizbəyov, İ.Qasımov, Kovorçkin, Mirqasımov, Bakıxanov küçələri), Səbail rayonunun (T.Məmmədov, S.Məmmədov, N.Paşayev, G.Qarayev, Ə.Nəzərov, R.Əliyev, S.İbrahimxəlil, Gənclər, S. Məmmədov, C.Hasilov küçələri) və Suraxanı rayonunun (Dədə Qorqud və Bahar yaşayış massivləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.