METBUAT.AZ

Ölkə

Bu ərazilərdə qaz olmayacaq

23 İyul 2024 21:08

Sabah Bakının Suraxanı və Binəqədi rayonları, eyni zamanda Sumqayıt şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Metbuat.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 24-ü saat 10:00-dan etibarən təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı “Bahar” QTM-dən dayandırılacaq. İşlər başa çatanadək Suraxanı rayonu, Bahar və Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Eyni zamanda təmir-bərpa işləri Binəqədi rayonu 7-ci mikrorayon Abay Kunanbayev küçəsində və Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində də görüləcək.

Bu baxımdan Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrinin və Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


metbuat.az.