METBUAT.AZ

Ölkə

Bu ərazilərə qazın verilişi dayandırılacaq

17 İyul 2024 22:14

İyulun 18-də İmişli rayonunda 8 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.

Metbuat.az-ın məlumatına görə, "İmişli" QPS-dən qidalanan müxtəlif diametrli Bəhrəmtəpə daşıyıcı qaz xəttində növbədənkənar kipliyin sınağı aparılacaq.

Bununla əlaqədar sabah saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli rayonunun 7 kəndində - Bəhrəmtəpə, Rəsullu, Göbəktala, Şahverdili, Borçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində və Bəhrəmtəpə qəsəbəsində (ümumi 4530 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.


metbuat.az.