METBUAT.AZ

Ölkə

Bu ərazilərə qazın verilişi dayandırıldı

16 İyul 2024 19:57

Qaz sızması ilə əlaqədar İmişlinin 19 kəndində və Biləsuvarın 11 qəsəbəsində qaz təchizatı dayandırılıb.

Metbuat.az-ın məlumatına görə, “Otuzikilər” QPS-dən qidalanan PE-315 mm-lik qaz kəmərində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə işlər yekunlaşana qədər İmişli rayonunun 19 kəndində, Biləsuvar rayonunun izibati ərazisində yerləşən 11 qəsəbədə (ümumi 10 min 364 abonent) qaz təchizatı dayandırılıb.


metbuat.az.