15 İyul 2024 12:16
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyun aylarında 9,3 mln. ton yük, 3849,8 min sərnişin daşınıb.
Düvlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,4 faiz, sərnişin daşınmasında isə 19,2 faiz artım müşahidə olunub.
Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 373 vaqon yüklənib, 426 vaqon isə boşaldılıb.
“Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,3 min ton, Qərb istiqaməti üzrə 3,9 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.