12 İyul 2024 17:06
Azərbaycanda narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.
Metbuat.az xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-iyun aylarının yekununa dair məlumatda bildirilib.
Qeyd edilib ki, ötən 6 ay ərzində İİV-ə 736 nəfər yoluxmuşdur.
Onlardan 723 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olmuşdur.
Azərbaycan vətəndaşları arasında 33 nəfəri (5,4%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.