METBUAT.AZ

Ölkə

Bu mövsüm neçə nəfər boğularaq ölüb?

24 İyul 2024 12:02

Bu ilin iyun və iyul ayları ərzində Bakı şəhəri üzrə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə suda boğulma hadisəsi ilə bağlı ümumilikdə 30 nəfərin müraciəti qeydə alınıb.

Bu barədə Metbuat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, suda boğulanlardan 27-si kişi, 3-ü qadın olub: “Onlardan 11 nəfər xəstəxanaya təxliyə olunub, 6 nəfərə yerində yardım göstərilib. 13 nəfərin isə ölüm faktı qeydə alınıb”.

Xatırladaq ki, iyunun 15-dən ölkədə çimərlik mövsümü başlayıb.


metbuat.az.