METBUAT.AZ

Ölkə

Bu qəsəbədə qaz kəsiləcək

20 İyul 2024 09:33

Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 22.07.2024-cü il saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Metbuat.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu, Stansiya Qala yaşayış massivi, Daxili Qoşunların ətraf hissəsində və SOCAR Nəqliyyat İdarəsi, Maşınqayırma zavodunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


metbuat.az.