METBUAT.AZ

Ölkə

Bu qəsəbədə qaz olmayacaq

19 İyul 2024 08:33

Sabunçu rayonunun Pirşağı qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Metbuat.az-a “Azəriqaz” İB-dən bildirilib.

"Sabunçu rayonu, Pirşağa qəsəbəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 19.07.2024-cü il saat 10:00-dan etibarən işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Pirşağa qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", – məlumatda qeyd olunub.


metbuat.az.