METBUAT.AZ

Sağlamlıq

Bu qidalardan uzaq durun -

26 İyul 2024 12:27

Yediyimiz qidaların xeyri olması ilə yanaşı zərərli tərəfləridə az deyil. Mütəxəssislər hesab edirlər ki, bəzi qidalar çox istifadə edildikdə, ölümə belə səbəb ola bilər.

Metbuat.az xarici mediaya istinadən həmin qidaları təqdim edir:

Yaşıl Kartof - Tərkibində neyrotoksik və insan orqanizmi üçün çox zəhərli olan "Solanaceae" adlı birləşmə var. Mütəxəssislərin fikrincə, bu birləşmənin həddindən artıq istehlakı baş ağrısı, qusma, ürəkbulanma, daxili qanaxma, komaya və hətta ölümə səbəb ola bilər. Araşdırmalara görə, 450 qram tam yaşıl kartof yeyirsinizsə, bu ölümlə nəticələnə bilər.

Muskat qozu - Bədəndə parçalandıqda sinir sisteminə zərər verə bilən və baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma ilə nəticələnə bilən Myristicine adlı aktiv birləşməyə malikdir. Muskat qozu yeməkdə ədviyyat kimi çox az miqdarda istifadə olunur.

Acı Badam - Onların tərkibində hidrogen siyanid adlı zəhərli birləşmə var və bu birləşmənin istehlakı insan orqanizmi üçün zəhərli ola bilər. Araşdırmalara görə, 6-10 acı badam ağır zəhərlənməyə səbəb ola bilər və 20-25 acı badam istehlakı hətta ölümlə nəticələnə bilər.

Bişməmiş qırmızı lobya - qarın ağrısı, ürəkbulanma və hətta ölümə səbəb olan zəhərli maddə olan lektin ehtiva edir. Sübut edilmişdir ki, bişmiş lobya lektinsizdir və əgər paxla az bişibsə, lektin səviyyəsi 5 dəfə artır və ciddi zəhərlənməyə səbəb olur. Bişirməzdən əvvəl lobyaları 2 saat islatmaq tövsiyə olunur.

Qəhvəyi düyü - daha yüksək arsen konsentrasiyasına malikdir və ağ düyü ilə müqayisədə qəhvəyi düyüdə sinir sisteminə ciddi ziyan vura bilən bu zəhərli birləşmənin daha yüksək konsentrasiyası olduğu aşkar edilmişdir. Qəhvəyi düyünü 4-8 dəfə yumaq və bişməzdən əvvəl düyünü 30-40 dəqiqə islatmaq tövsiyə olunur.


metbuat.az.