15 İyul 2024 16:18
Bu gün ərzində Bakının 8 noyabr prospektində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar Xətai rayonunun bir hissəsinə (Nargilə dairəsindən Naxçıvanski dairəsinədək) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Metbuat.az-a Dövlət Su Ehtiyyatları Agentliyi yanında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Məlumata görə, yaxın saatlarda quraşdırma işləri yekunlaşacaq və suyun verilməsinə başlanılacaq.
Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.