METBUAT.AZ

Sağlamlıq

Bu şəxslər acı bibərdən uzaq durmalıdır

30 İyul 2024 16:59

Acı bibərin insan orqanizminə bir çox faydaları olsa da, zərərləri də mövcuddur. Ona görə də, bəzi insanlar acı bibər yeyərkən ehtiyatlı olmalıdır.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, həddindən artıq acı bibər qəbul edilməsinin mədə və bağıqsaqlar üzərində mənfi təsirləri təsdiq edilmişdir.

Mütəxəssislərin fikrincə, mədəsində problem olan, ürək və təzyiq problemi yaşayan, diabet xəstələri və göz problemləri yaşayan şəxslər acı bibər qəbul etməmişdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.

Acı bibər yedikdən sonra aşırı su içmək tələbatı yaranır ki, bu da müəyyən sağlıq problemlərinə yol aça bilər. Eyni zamanda, hamiləlik zamanı aci bibər yeyilməsi hormonlara mənfi təsir göstərə bilər.


metbuat.az.