METBUAT.AZ

Ölkə

Bu taksi şirkəti bağlandı

30 İyul 2024 15:39

Naxçıvan Muxtar Respublikasında taksi xidməti ilə məşğul olmuş "Nax Taxi" şirkəti ləğv olunub.

Metbuat.az İqtisadiyyat.az-a istinadən bildirir ki, bu barədə şirkət özü elan edib.

Taksi şirkətinin bağlanmasının səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, "Nax Taxi" ötən ilin fevralın 9-da yaranıb. Amma şirkət cəmi 4 ay sonra fəaliyyətini müvəqqəti olaraq dayandırmağa məcbur olub. Bugünlərdə isə "Nax Taxi" tamamilə bağlandığını elan edib.


metbuat.az.