METBUAT.AZ

Ölkə

Bu tarixdə ölkəyə yeni qatarlar gətiriləcək -

25 İyul 2024 14:54

"İlin sonuna qədər Bakı Metropoliteninə 7 yeni nəsil qatarın gətirilməsi gözlənilir. Hal-hazırda ilk qatarların Bakıya göndərilməsi məqsədilə son tədbirlər görülür. Bakı Metropoliteninə mərhələ ilə gətiriləcək qatarlar müvafiq yoxlamalardan sonra, xəttə buraxılacaq".

Bu sözləri Metbuat.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, hazırda Bakı Metropoliteninin vaqon parkı 61 qatardan ibarətdir:

"Onlardan 23-ü yeni nəsil mikro-iqlim nəzarəti sistemi ilə təhciz olunmuş, innovasiyalar baxımından 4-cü nəslə məxsus qatarlardır. Bu qatarlar yalnız sərnişin axını və sayına görə, yaşıl və qırmızı xətlər üzərində hərəkət edir.

Hazırda vaqon parkının 30 faizdən çoxunun yeni nəsil qatarlar olduğunu söyləmək olar. Lakin faktiki olaraq xətdə hərəkət edən qatarlara nəzər salsaq, yaşıl və qırmızı xətt üzrə 40-43 qatar hərəkət edir. Qatarlar 12-20 saat xətdə olduqdan sonra, mütləq texniki baxış, qulluq məqsədilə eletrik deposuna göndərilir".


metbuat.az.